22 sentyabr 2023 15:11
284

Türkiyə səfiri ermənilərin təxribatı nəticəsində həlak olan polis serjantının yas mərasimində iştirak edib- FOTO

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polis serjantı Asim Camalzadənin yas mərasimində iştirak edib.

“İki sahil” xəbər verir ki, o, bu barədə “X”də yazıb.

“Yaşasın Türkiyə- Azərbaycan qardaşlığı”, - diplomat paylaşımda qeyd edib.