Milli Məclisin deputatı Jalə Əliyeva Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının iclasında iştirak etmək üçün sentyabrın 26-da Belarusun Qrodno şəhərinə səfər edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Tədbirdə dövlətin seçki suverenliyinin təmin edilməsi və qorunması, elektron səsvermənin müşahidəsi, yerli özünüidarəetmə orqanlarının pandemiya dövründə əhalinin dəstəklənməsinə yönəlmiş fəaliyyətinin təşkili, bu qurumların rəqəmsal mühitdə vətəndaşların hüquqlarının təmin edilməsi və qorunması sahəsində fəaliyyətinə dair, bir sıra digər tövsiyələrin layihələri və başqa məsələlər müzakirə olunacaq.
İclasda habelə təşkilatı məsələyə baxılacaq, komissiyanın 2024-cü il üçün iş planı nəzərdən keçiriləcək, növbəti iclasın tarixi və gündəliyi müəyyən olunacaq.
Səfər oktyabrın 1-də başa çatacaq.
Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir - Prezident İlham Əliyev
Bu gün Türk Dövlətləri Təşkilatının qlobal proseslərdə rolu və mövqeyi güclənir - Prezident İlham Əliyev
Prezident İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edir YENİLƏNİB