"Ermənistanla Azərbaycan arasında sülh anlaşmasının yaxın zamanda reallaşacağına inanıram".
“İki sahil” xəbər verir ki, bunu BMT baş katibi Antoniu Quterreş Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.
Görüşdə baş katib regionda mövcud vəziyyət barəsində nazir tərəfindən məlumatlandırılıb.
Tərəflər, həmçinin BMT və Azərbaycan münasibətlərinin müxtəlif istiqamətlərini, regional məsələləri müzakirə ediblər.
Qeyd edək ki, görüş artıq başa çatıb.
***
Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində iştirak edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT baş katibi Antoniu Quttereşlə görüşüb.
“İki sahil” xəbər verir ki, nazir öncə BMT-nin xatirə dəftərinə ürək sözlərini yazıb. A.Quttereş və C.Bayramov diplomatlar görüşdən öncə xatirə fotosu çəkdiriblər.
Görüşdə BMT və Azərbaycan münasibətlərinin müxtəlif istiqamətləri və regional məsələlər, eləcə də, Ermənistan-Azərbaycan münasibətlərin müzakirəsi nəzərdə tutulub.
Təkbətək görüş hazırda davam edir.
Birinci vitse-prezident Mehriban Əliyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə bağlı paylaşım edib
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi beş istiqamətdə fəaliyyət göstərəcək
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib