24 sentyabr 2023 00:40
184

Bakıda qaynata kürəkənini bıçaqlayıb

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə Yeni Ramana qəsəbəsində qeydə alınıb.

1986-ci il təvəllüdlü Malik Hüseynov yaşadığı fərdi yaşayış evində qaynatası ilə dava edib. Dava zamanı qaynatası bıçaqla M.Hüseynova zərbə vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. O, sağ budun kəsilmiş-deşilmiş xəsarətləri ilə cərrahi əməliyyat edilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.