07 aprel 2018 17:32
1423

Seçki ərəfəsində təxribatların qarşısı qətiyyətlə alınsın!

Müdafiə naziri: Prezident seçkiləri ərəfəsində düşmənin törədə biləcəyi təxribatların qarşısı qətiyyətlə alınmalıdır

Aprelin 7-də müdafiə naziri, general-polkovnik Zakir Həsənovun sədrliyi və nazirliyin rəhbər heyətinin iştirakı ilə növbəti xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin son çıxışlarında səsləndirdiyi fikirləri və Azərbaycan Ordusunun qarşısına qoyduğu tapşırıqları şəxsi heyətə çatdırıb.

Ali Baş Komandanın Orduya yüksək qiymət verdiyini, daim diqqət və qayğı ilə yanaşdığını xüsusi vurğulayan müdafiə naziri cəbhə bölgəsində mövcud vəziyyəti təhlil edib və qarşıda duran vəzifələrdən danışıb. Səfərbərlik və hərbi xidmətə çağırışın Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə uğurla davam etdirildiyini bildirən nazir gənc əsgərlərin qəbulu və yerləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verib.

Müdafiə naziri qarşıdan gələn prezident seçkilərinin hərbi hissələrdə də yüksək səviyyədə təşkili və keçirilməsi ilə bağlı konkret tapşırıqlarını çatdırıb. Həmçinin bu ərəfədə düşmən tərəfindən cəbhə xəttində ehtimal olunan istənilən təxribatlara daim hazır olmaq, belə hallar baş verərsə dərhal qarşısının alınması məqsədilə qətiyyətli tədbirlər görmək tapşırılıb.