Gürcüstanın Konstitusiya Məhkəməsi Prezident Salome Zurabişvilinin impiçmenti işinə oktyabrın 3-də baxacaq.
“İki sahil” xəbər verir ki, bu barədə məhkəmənin bəyanatında bildirilib.
Qeyd olunub ki, Konstitusiya Məhkəməsi bu il sentyabrın 22-də hakim “Gürcü Arzusu” partiyasından olan 80 deputatın dəstəklədiyi, Prezidentinin konstitusiyanı pozması iddiası ilə hazırlanmış təqdimatın qəbul edib.
Qeyd olunub ki, 3 oktyabr 2023-cü ildə təqdimat müəlliflərinin və Gürcüstan Prezidentinin iştirakı ilə şifahi dinləmə keçiriləcək.