Rusiya Silahlı Qüvvələri son 24 saat ərzində Xarkov şəhəri və eyniadlı bölgənin 13 yaşayış məntəqəsinə zərbələr endirib.
“İki sahil” xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyanın (VHA) rəhbəri Oleq Sinequbov özünün teleqram kanalında bildirib.
Zərbələr nəticəsində 2 nəfərin öldüyü, 11-nin yaralandığı deyilir.
Sinegubov qeyd edib ki, Xarkova hücumda PUA-lardan, idarə olunmayan hava raketlərindən istifadə olunub.
Qeyd olunur ki, PUA hücumu nəticəsində 14 yaşayış binası, idman kompleksi, stomatoloji klinika, kafe, 2 mağaza, qeyri-yaşayış binası və 4 avtomobilə ziyan dəyib.
Pakistan prezidenti Azərbaycanla strateji tərəfdaşlığın möhkəmləndiyini bildirib
Nepalda bir il əvvəl itkin düşmüş alpinistlərin olduğu ehtimal edilən meyitlər aşkarlanıb
Ukrayna Qara dənizdə XBKK-nın infrastrukturuna zərbələr endirməyəcəyini vəd edib