25 sentyabr 2023 13:40
198

Avropada ən qısa və ən uzun iş həftəsi açıqlanıb

2022-ci ildə Avropada əsas işlərdə çalışan 20-64 yaşlı insanlar arasında adi iş həftəsi orta hesabla 37,5 saat təşkil edib.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ)Statistika İdarəsi olan "Eurostat" məlumat yayıb.

Məlumata görə, Aİ ölkələri arasında ən qısa iş həftəsi 33,2 saat olmaqla Niderlandda, ən uzun iş həftəsi isə 41 saat olmaqla Yunanıstanda qeydə alınıb.

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində çalışan işçilər isə 2022-ci ildə Aİ-də ən uzun iş həftəsinə (43,9 saat) sahib olublar.