26 sentyabr 2023 00:23
723

Əsl super qida

Alimlər kahının əsl super qida olduğunu müəyyən ediblər. Kahı ağciyərləri xərçəngdən qoruyur, qocalmanı ləngidir, katarakta riskini azaldır. Kahı yarpaqlarının başqa hansı faydaları var? Niyə kahının dadı bəzən acı olur? Mütəxəssislər bu sualları "Rossiya" kanalında "Ən vacibi haqqında" verilişində cavablandırıblar.

Çin kələmi, qırmızı kahı, aysberq kahı adlı növləri olan bitkinin tamamilə dadsız olduğunu bilirik, ancaq bununla yanaşı faydaları da çoxdur.

Tərkibində olan lutein, zeaksantin karotenoidləri kataraktın qarşısının alınması üçün son dərəcə faydalıdır. Bundan əlavə, qlükoza səviyyəsini idarə etməyə kömək edən və beyin fəaliyyətini yaxşılaşdıran fol turşusunu özündə ehtiva edir.

Kahının tərkibində sinir sisteminin fəaliyyətini yaxşılaşdıran və yuxunu normallaşdıran alkaloidlər də var.

Qırmızı yarpaq salatının tərkibində karotenoidlər var.

"Bütün göyərtilər şübhəsiz ki, faydalıdır. İstənilən yaşıl bitki xərçəng əleyhinə təsir göstərir və ürək xəstəliyi riskini azaldır", - Aleksandr Myasnikov əlavə edib.

Mütəxəssislər qeyd ediblər ki, kahı istehlakdan əvvəl yalnız soyuq suda yuyulmalıdır.Onlar həm də bildiriblər ki, kahının dadı acıtəhər olarsa, bu qorxulu deyil.

Nubar Süleymanova, “İki sahil”