Türk Dövlətləri Təşkilatının (TDT) kənd təsərrüfatı nazirlərinin II toplantısının iştirakçıları Fəxri xiyaban, Şəhidlər xiyabanı və "Türk Şəhidliyi"ni ziyarət ediblər.
Əvvəlcə qonaqlar Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, məzarı qarşısına əklil qoyublar.
Daha sonra Bakıdakı "Türk Şəhidliyi" abidəsi və Şəhidlər xiyabanında şəhidlərin məzarı üzərinə güllər düzülüb və "Əbədi məşəl" abidəsinin qarşısına əklil qoyulub.
Qeyd edək ki, ziyarətçilər arasında Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Şimali Kiprin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner yer alıb.
"Report"
Azərbaycan ilə Özbəkistan arasındakı yüksəksəviyyəli əlaqələr parlament müstəvisində də uğurla davam etdirilir
Azərbaycan və BƏƏ parlamentləri beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir