27 sentyabr 2023 02:15
644

Dünyanın ən bahalı mayeləri - FOTOLAR

Bəzilərinə adi qələn bu sadə mayelərin qiyməti sizi çox təəccübləndirəcək. Odur ki, bir az yaxın oturun.

İnsan qanı

Bədənimizdə 9-12 litr arasında qan var. Bunun 1,5-2 litrini itirmək ölümə səbəb ola bilər.

Satıldığı ölkəyə görə dəyişməklə bərabər bir vahid (yarım litrə yaxın) insan qanının qiyməti 375 dollardır.

Bu, eyni miqdar gümüşün qiymətinun bir yarım qatı deməkdir. Dondurulub saxlanılmış bir vahid qanın qiyməti 1000 dolları, gümüş qiymətinin dörd qatını aşır.

Qan vermək istəyən insan sayının az olması və qan nəqli edilmədən əvvəl çox sayda analiz verilməsi qiyməti artıran amillərdəndir.

Civə

Heç əlinizdə bir civə termometrini tutduqda, onun içərisində planetin ən bahalı mayelərindən biri olduğunu düşünmüsünüzmü ? Civənin 1 litri nə az, nə çox təxminən 518 dollardır. Civəni kimyəvi üsulla əldə etmək çətindir. Məhz buna görə o, ən bahalı materialların sırasına daxildir. Üstəlik, yalnız termometrlərdə istifadə edilmir. Maye meta, həmçinin müxtəlif sənaye sahələrində istifadə olunur. Yeri gəlmişkən, civə dövri sistemdən otaq temperaturunda maye olaraq qalan yeganə metaldır.

Həmçinin civə çox zəhərli metaldır. Civə ilə təmas insan sağlamlığında çox ciddi problemlər yaradır. Orqanizmdə yuxusuzluq, iştah pozuntusu, dərinin qıcıqlanması, gözlərin sulanması, zökəm, hətta yaddaş pozğunluğu kimi hallara da səbəb ola bilər. Civə ilə uzun müddət təmasda olduqda bu, beyin, böyrək, ağ ciyərin və immun sistemin zədələnməsinə gətirib çıxara bilər.

Paçuli yağı

Paçuli yağı ətirli ot növü olan paçuli bitkisinin yarpaqlarından əldə edilən son dərəcə bahalı efir yağıdır.Onun 1 litri 150 dollardır.

Paçuli yağı vücudu canlandırır, iştahı azaldır və bu səbəbdən arıqlamaq istəyənlər üçün faydalıdır. Dietadan sonra sallanmış dəri problemi paçuli yağının liftinq təsiri nəticəsində qısa müddətdə aradan qalxır. Paçuli yağı qəbizlik, ishal, bağırsaq iltihabı zamanı da çox faydalıdır. O, sinir sisteminə də müsbət təsir edir. Aromaterapiyada, yorğunluq, gərginlik, stress, yanıq, kəpək, ekzema və sızanaqlar zamanı istifadə edilir.

Min bir dərdə dərman olan bu yağ qədim zamanlardan bəri tibbdə və kosmetikada istifadə olunur.

Sarı əqrəb zəhəri

Ən bahalı zəhərlərdən biri sayılan bu maddə tibdə və əczaçılıqda olduqca əhəmiyyətli xarakter daşıyır. Qeyd edək ki, əqrəb zəhərindən zərdab ilə yanaşı revmatizm, radikulit, şəkər və onkoloji xəstələr üçün dərmanlar hazırlanır. Bir müddət əvvəl insanlar bu zəhəri yalnız ölü əqrəblərdən toplasa da, bu yaxınlarda əqrəblərə elektrik şoku ilə təsir edən VES-4 cihazı hazırlanıb. Həmin cihazın təsiri altında əqrəblərin zəhərlərini yığmaq təhlükəli olmur. Həmin zəhəri əldə etmək istəsəniz onun 1 litri üçün 12 min dollar ödəməli olacaqsınız.

Kral kobrasının zəhəri

Kral Kobrası dünyanın ən böyük zəhərli ilanıdır. Kral kobrasının zəhəri o qədər güclüdür ki, fili sancdıqda fil 3 saat müddətində ölə bilər. İnsanı sancdıqda 30 dəqiqəyə qədər kömək edilmədikdə həyatını itirir.

Bu güclü zəhərdən xroniki iltihabi xəstəliklərin, miqren və nevralgiyanın müalicəsi üçün dərmanlar hazırlanır. Həmçinin, kral kobrasının zəhərindən Çində çox məşhur olan balzam hazırlanır. Bu balzam burada bütün xəstəliklərin dərmanı hesab olunur.

Kobra zəhərini toplamaq çox çətindir. Bu işlə məşğul olan insanlar adətən bu ilanları xüsusi ilan fermalarında yetişdirirlər. Zəhərin yığılması məhz təlim keçmiş insanlar tərəfindən edilir. Dünyanın ən bahalı maddələrindən sayılan bu maddə təxminən 42 min dollardır.

Zəhərə qarşı isitifadə edilən maddə

İlan və ya əqrəb sancmasına qarşı istifadə edilən antidotlar (zəhərə qarşı istifadə edilən maddə) dünyanın ən bahalı mayeləri sırasında yer alır.

ABŞ-da tək dozalı bu antidotların qiyməti 7 min 900 dollardan 39 min dollara qədərdir.

Bir qədər əvvəl ilan sancmasına qarşı antidotun qiyməti 57 min dollara yüksəlmişdi.

Qeyd edək ki, ABŞ-da ildə 8 min ilan sancması hadisəsinə rast gəlmək olar. Bu rəqəm Afrika və Cənubi Amerikada daha yüksəkdir.

Lakin antidotların qiymətinin sadəcə yüzdə 0,1-i, yəni 14 dolları anticisimlər üçündür.

Qalan xərcləri araşdırma, sınaqlar, lisenziya, hüquqi haqlar və s. xərclər tutur.

“Hawaii Kona Negara Water" (Duzlaşdırılmış okean suyu)

Havay sahillərindən 278 metr dərinlikdən yığılan duzsuzlaşdırılmış okean suyunun bir ampulunun qiyməti 402 dollardır. Bu su təmiz formada istehlak edilə bilməz. İstifadədən əvvəl maye mineral su ilə qarışdırılmalıdır. Hesab olunur ki, qeyri-adi dəniz suyu artıq çəkidən qurtulmağa kömək edərək, əhval-ruhiyyənizə də müsbət təsir edir. O, həmçinin dəriyə müsbət təsir göstərək onun hamar və parıltılı edir. Çox maraqlıdır ki, “ Kona Negara” suyu Yaponiyada çox məşhurdur.

4-hidroksibutanoik turşu

Bu maddənin digər adı qamma-hidroksibutirik turşudur. Rəngsiz olan bu maye insanın mərkəzi sinir sistemində mühüm rol oynayır. Anesteziya üçün və ya sedativ olaraq istifadə olunur. Bu maddənin istifadəsindən sonrakı vəziyyət alkoqol intoksikasiyası və ya narkotik eyforiyası ilə müqayisə edilir.

4-hidroksibutanoik turşusu bir çox ölkələrdə qadağandır. Məsələn, Rusiyada hətta narkotik vasitələrin siyahısına daxil edilmişdir. Onun 1 litri təxminən 660 dollardır.

Printer mürəkkəbi

Heç bilirdinizmi ki, təchizat şirkətləri printerdən çox mürəkkəbindən pul qazanırlar? Mürəkkəb katricini dəyişdirməyin qiyməti markasına görə, 8-27 dollar arasında dəyişir. 23 dollarlıq 4 ml qara mürəkkəb katrici ilə ancaq 200 səhifə çap etmək olar.

Mürəkkəbin kilosu 1733 dollar olduğundan gümüşdən çap etmək daha ucuz başa gəlir.

İnsulin

İnsulin hormonu ilk dəfə 1922-ci ildə şəkər xəstəliyini müalicə etmək üçün istifadə edilmişdi. İlk dərman Torontodan olan 14 yaşlı Leonard Thompsona verildi. İnsulini kəşf edən Nobel mükafaı laureatları Frederik Bunting və Çarles Best sayəsində diabetin müalicəsində yeni bir dövr başladı. 1-ci tip diabetli xəstələr gündə insulin iynələri almalıdırlar. Uzun müddət fəaliyyət göstərən dərman gündə bir dəfə istifadə olunur və qanda insulinin əsas konsentrasiyasını yaratmaq üçün hazırlanmışdır. Dərman hər yeməkdən əvvəl qlükozanı normadan aşağı salmaq üçün qısamüddətli verilir. Bu doza rejimi mədəaltı vəzin fəaliyyətinə müsbət təsir edir. İnsulinin qiyməti 2,5 min dollardan 27 min dollara qədər dəyişir.

Samirə Tağıyeva, “İki sahil”