26 sentyabr 2023 18:11
248

Poltavada magistral qaz kəməri partlayıb

Ukraynanın Poltava vilayətinin Lubensk rayonunda magistral qaz kəmərində partlayış olub.

"İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə Poltava vilayəti administrasiyasının başçısı Dmitri Lunin bildirib.

O deyib ki, ilkin məlumata görə, hadisə magistral qaz kəmərində təzyiqin azalması nəticəsində baş verib.

Xatırladaq ki, Poltava vilayəti Rusiya ilə sərhəddə yerləşir.