“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiqlənən Tədbirlər Planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
“İki sahil” xəbər verir ki, 2023-cü il sentyabrın 26-da YAP Yardımlı rayon təşkilatı tərəfindən gənc partiya fəallarının iştirakı ilə Yardımlı rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.
Əvvəlcə Ulu Öndərin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.
Mərkəzdə gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib. Gənclər eksponat, fotoşəkil və kitablarla tanış olublar.
Daha sonra təşkil olunan dəyirmi masada Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısında müstəsna xidmətlərindən bəhs olunub.
Azərbaycan ilə Özbəkistan arasındakı yüksəksəviyyəli əlaqələr parlament müstəvisində də uğurla davam etdirilir
Azərbaycan və BƏƏ parlamentləri beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir