27 sentyabr 2023 16:14
656

«Azəriqaz» əməkdaşları Tərtərdə 27 Sentyabr  Anım gününü qeyd ediblər FOTO

27 sentyabr Anım Günü ilə əlaqədar  SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismarı İdarəsinin rəhbərliyi və idarənin digər əməkdaşları şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükütla yad ediblər.

Görüş zamanı İdarənin rəisi  Azay Muxtarov qəhrəmanlarımızın şücaətindən danışıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı şəfa diləyib.

O, bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tamamilə təmin edilməsi şəhirdlərimizin əziz xatirsəinə ən böyük töhvədir.

Elçin Zaman, «İki sahil»