04 oktyabr 2023 15:04
268

Xələf Xələfov İran XİN rəhbəri ilə regiondakı vəziyyəti müzakirə edib

Tehranda səfərdə olan Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov bu gün İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla görüşüb.

“İki sahil” xəbər verir ki, Xələf Xələfov İran XİN rəhbəri ilə ikitərəfli münasibətləri müzakirə edib.

Tərəflər eyni zamanda, regiondakı vəziyyətə dair fikir mübadiləsi aparıblar.