Bu gün 2025/26 mövsümü futbol üzrə Bizon Azərbaycan kubokunun final oyunu keçirilib.
“İki sahil” yazır ki, Bakıda “Palms Sports Arena”da baş tutan həlledici matçda, artıq Azərbaycan çempionu adını təmin edən “Sabah”la 5-ci pillədə qərarlaşan “Zirə” üz-üzə gəlib.
Yarışın 4-cü dəqiqəsində “Zirə”nin futbolçusu Eren Aydın hesabı açıb. 72-ci dəqiqədə möhtəşəm “qayçı” zərbəsi ilə topu qapıdan keçirən Patrik Mbina “Sabah”ın bərabərlik qolunun müəllifi olub.
Qarşılaşmada qələbə qolunu 90+1-ci dəqiqədə Coy Lens Mikels vurub - 2-1. Bununla da “Sabah” ardıcıl ikinci dəfə Azərbaycan kubokunu başı üzərinə qaldırıb.
Bizon Azərbaycan kuboku,
Final
13 may (çərşənbə)
20:00. “Sabah” 2-1 “Zirə”
Qollar: Eren Aydın, 4 (0-1), Patrik Mbina, 70 (1-1), Coy Lens Mikels, 90+1 (2-1)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev
Ehtiyat köməkçi hakim: Gülnurə Əkbərzadə
VAR: Tural Qurbanov
AVAR: Rəhman İmami
“Palms Sports Arena”
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib
Cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub