Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Seyfulla Tairovun Xocavəndin Edilli kəndində aşkarlanan nəşinin qalıqları Saatlıda dəfn edilib.
“İki sahil” xəbər verir ki, 30 il əvvəl Füzuli uğrunda gedən döyüşlərdə itkin düşən şəhid Tairov Seyfulla Veytulla oğlunun Edilli kəndində aşkarlanan nəşinin qalıqları Saatlı rayonuna, doğulduğu Cəfərxan kəndinə gətirilib. Şəhidlə vida mərasimi olub.
Daha sonra şəhidin qalıqları Saatlı rayonunun Şirinbəy kənd məzarlığında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, hökumət və ictimaiyyət nümayəndələri, rayon sakinləri, qazilər, şəhid ailələrinin üzvləri, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər.
Bakıda yol ötürücülərinin və körpülərin texniki vəziyyəti kompleks şəkildə yoxlanılır
Avtobusların dayanacaq yeri "Gənclik Mall"un qarşısındakı məntəqədən təşkil edilib
Qaradağ rayonunda şəhid Səməndər İsmayılzadənin doğum günü ilə əlaqədar anım mərasimi keçirilib
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM