Ermənistanla sərhəd xəttinə ən yaxın məsafədə yerləşən Qazax rayonunun Məzəm kəndində fəaliyyəti dayandırılan uşaq bağçası 30 ildən sonra yenidən istifadəyə verilib.
Bu barədə “İki sahil"ə Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Məzəm kənd uşaq bağçasının inzibati binası lazımi inventarlarla təmin olunub. Binada təmir işləri aparılıb, əlavə olaraq anbar, mətbəx və sanitar qovşaq tikilib.
Məlumat üçün bildirək ki, Məzəm kəndi Qazax rayonunun Ermənistanla sərhədə ən yaxın məsafədə yerləşir. Kənd 1993-cü ilin aprelində müvəqqəti olaraq Qazax rayonu ərazisinə köçürülüb və həmin vaxtdan Məzəm kənd uşaq bağçasının fəaliyyəti dayandırılmışdı.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin 26.07.2023-cü il tarixli əmrinə əsasən Məzəm kənd uşaq bağçası Təhsil İdarəsinin tabeliyində yaradılıb.
“Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil siyasəti: müasir çağırışlar və inkişaf perspektivləri”
Paytaxtda daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub