Ali Məhkəmədə vahid məhkəmə təcrübəsi ilə bağlı təkliflər müzakirə edilib.
“İki sahil” xəbər verir ki, iclasda “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Ali Məhkəmənin Plenumunun qərar layihəsi müzakirəyə çıxarılıb və müvafiq qərar qəbul edilib.
Eyni zamanda iclasda vahid məhkəmə təcrübəsinin tətbiqinin təmin olunması üzrə təkliflər dinlənilib, 2022-ci ildə və 2023-cü ilin birinci yarısında kassasiya qaydasında təkrar baxılmış işlər barədə məlumat verilib.
Sonra Plenumda Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının tərkibində dəyişiklik edilməsi məsələsinə baxılıb və qərar qəbul edilib.
“Azərbaycan Respublikası Ali Məhkəməsinin Bülleteni”nin redaksiya heyəti təsdiq olunub.
Plenumda həmçinin konkret işlərə baxılıb.