05 oktyabr 2023 11:31
722

«Azəriqaz» rəsmiləri rayonlarda qaz çəkilişi gedən kəndlərdə olublar FOTO

SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin (İB) bölgələrdə həyata keçirdiyi qazlaşma sürətlə işləri davam edir. Prosesin icrası ilə yaxından tanış olmaq məqsədilə Birliyin Baş direktorunun müavinləri Rəşad Rəşad Cavadovla, Ceyhun Şıxəliyev Salyanın Xıdırlı, Neftçalanın  Beştalı, İmişlinin Xəlfəli kəndlərində olublar. Qaz çəkilişləri barədə «Azəriqaz» rəsmilərinə ətraflı məlumat verilib.

Bundan başqa, müavinlər mövcud vəziyyətlə yaxından tanış olduqdan sonra ərazilərdə çalışan bir qrup Birlik əməkdaşını Fəxri Fərmanlar və hədiyyələrlə mükafatlandırıblar.

Elçin Zaman, "İki sahil"