Azərbaycan ilə İordaniya dost və qardaş, zəngin tarixə malik ölkələrdir.
“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 5-də İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharın etimadnaməsini qəbul edərkən deyib.
Dövlət başçısı ikitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğunu deyib, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində hər zaman bir-birini dəstəklədiyini məmnunluqla qeyd edib.
Siyasi əlaqələrimizin yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev gələcəkdə iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğulayıb.