06 oktyabr 2023 13:25
658

Zaqatala sakini Rusiyada yol qəzasında ölüb

Zaqatala rayon sakini Rusiya Federasiyasında yol qəzasında ölüb.

“İki sahil” xəbər verir ki, hadisə oktyabrın 3-də Rusiya Fedarasiyasının Tolyatti şəhərində baş verib. 1973-cü il təvəllüdlü, Zaqatala rayonunun Yeni Suvagil kənd sakini Namiq Bilal oğlu Məmmədov velosipedlə hərəkətdə olarkən avtomobillə vurulub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan N. Məmmədov dünyasını dəyişib. Onun meyiti bu gün Zaqatalanın Yeni Suvagil kəndinə gətirilərək dəfn olunacaq.

N. Məmmədov Tolyatti şəhərində tikintidə işləyirmiş, ailəsi Yeni Suvagil kəndində yaşayır.