Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına gəldikdə, biz buna hazırıq. Biz sülh sazişi üzərində işi davam etdirməyə hazırıq.
“İki sahil” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən bildirib.
“Erməni tərəfinin Rusiya Federasiyasının vasitəçiliyindən imtina edəcəyi təqdirdə, düşünürəm ki, Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri arasında birbaşa danışıqlar alternativ ola bilər. Hər hansı digər platformalar öz xidmətlərini təklif edən həmin ölkələrin Azərbaycana deyil, həqiqətə, haqlı mövqeyə və beynəlxalq hüquqa münasibəti nəzərə alınmaqla tərəfimizdən təhlil ediləcək”, - Prezident İlham Əliyev qeyd edib.
Ulu Öndərin müəyyən etdiyi inkişaf xətti Azərbaycanın dayanıqlı tərəqqisinin əsasını təşkil edir
Arzu Əliyeva Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib