Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf xətti bu gün də Azərbaycanın dayanıqlı tərəqqisinin əsasını təşkil edir.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı "X" sosial şəbəkəsi hesabında etdiyi paylaşımda bildirib.
"Ümummilli Lider Heydər Əliyev Vətənə olan sonsuz sevgisi, müdrikliyi və fədakar fəaliyyəti ilə Azərbaycanın müstəqilliyini möhkəmləndirən, dövlətçilik institutlarını formalaşdıran və ölkənin uzunmüddətli inkişaf strategiyasını müəyyən edən böyük liderdir", - nazir qeyd edib.
O, Ümummilli Liderin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdiyini vurğulayıb.
Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya üzrə işlər davam etdirilir
Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə qazanılan uğurların miqyası heyrətamizdir - Samir Nuriyev