Ukraynanın nüfuzlu KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndiyə səfəri və orada Dövlət Bayrağımızı ucaltması ilə bağlı xəbərlərə geniş yer ayırıb.
“İki sahil” xəbər verir ki, “Ukrinform”, “RBK-Ukrayna”, “Azadlıq” Radiosunun Ukrayna Redaksiyası, “TSN”, “24Kanal”, “DeutscheWelle”nin Ukrayna Redaksiyası, “Gazeta”, “Korrespondent”, “NV”, “Podrobnosti”, “Yevropeyskaya Pravda”, “Ukraynskaya Pravda”, “Fakti”, “Slovom i Dilo” və digər informasiya agentliklərində, xəbər portallarında Ukrayna, rus və ingilis dillərində dərc edilən məqalələrdə Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltdığı xüsusi qeyd edilib.
Həmçinin bildirilib ki, Prezident İlham Əliyev Qarabağın digər yaşayış məntəqələrində, o cümlədən Ağdərə, Xocalı, Kərkicahan və Malıbəylidə olub, Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıb.
Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar XİN-in sosial media hesabında paylaşım edilib
Prezidentin sosial media hesablarında Şükürbəyli kəndinə səfərlə bağlı videoçarx paylaşılıb
“Əl-Qüds” qəzetində Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - YENİLƏNİB