"Türkiyə Cümhuriyyətinin 100 illiyi təkcə Türkiyənin deyil, həm də Azərbaycanın bayramıdır".
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Ankarada Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşündə deyib.
O, Türkiyədə olmaqdan məmnunluğunu ifadə edib, iki ölkə arasında əlaqələrin önəmini vurğulayıb.
"Türkiyə Cümhuriyyətinin 100 illiyi bütün türk xalqlarının bayramıdır. Türkiyə bu gün türk xalqının başında duran böyük bir ölkədir.Türkiyə bu gün dünyada tanınan güclü dövlətlərdən biridir. Türkiyə bu gün öz sözünü deyən bir ölkədir", - deyə S.Qafarova əlavə edib.
Prezidentin sosial media hesablarında Özbəkistana dövlət səfəri ilə bağlı videoçarx paylaşılıb
Vüqar Rəhimzadə: Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir