30 mart 2018 20:42
1242

Hərbçilər arasında qızılca xəstəliyi yayılıb

Ukraynada hərbçilər arasında qızılca xəstəliyi yayılıb.

AZƏRTAC Ukraynanın Mərkəzi Regionunun Hərbi Prokurorluğuna istinadla xəbər verir ki, Kiyev vilayətində artıq 25 hərbçi qızılca xəstəliyinə tutulub. Bundan başqa, Jitomir şəhərində Milli Qvardiyanın 21 hərbçisi də qızılca xəstəliyinə yoluxub. Onların bir hissəsi xəstəxanaya yerləşdirilib.

Ukrayna hökuməti hərbçilər arasında qızılca xəstəliyinin epidemiya halı almaması üçün qabaqlayıcı tədbirlər görür.