Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Strasburqda keçirilən 45-ci sessiyasında erməni təxribatının qarşısı alınıb.
“İki sahil” xəbər verir ki, konqres çərçivəsində Azərbaycan nümayəndə heyətinin tam tərkibdə iştirak etdiyi sessiya səmərəli keçib. Sessiyanın sonuncu günündə ermənilərin və onları dəstəkləyən qüvvələrin cəhdələrinə baxmayaraq, son anda gündəliyinə salınan “Qarabağ və ətraf şəhərlərdə və regionlarda humanitar vəziyyətə dair Bəyanat”da “Dağlıq Qarabağ”, “etnik təmizləmə”, “emənilərin mədəni və dini irsinin qorunması” və buna oxşar digər müddəalar sənəddən çıxarılıb.
Azərbaycanın Konqresdə iştirak edən nümayəndə heyətinin rəhbəri Anar İbrahimov deyib ki, AŞPA-nın son sessiyasında qəbul olunan bəyanatda bu müddəaların saxlanmasından ilhamlanan ermənilər Avropa Şurası Konqresində də bunu təkrarlamağa çalışıblar. “Düzdür, bəyanat tam şəkildə bizi qane etmir. Ümumiyyətlə, bu məsələ Azərbaycanın daxili işidir və heç bir müzakirəyə çıxraılmamalıdır. Nümayəndə heyətimizin təkidi ilə, həmçinin sessiyada qəbul olunan “Emənistanın paytaxtı İrəvan şəhərində keçirilmiş yerli seçkilərlə bağlı hesabat” məsələyə aid olmayan müddəalardan və digər ifadələrdən təmizlənib”, - deyə A.İbrahimov bildirib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri diqqətə çatdırıb ki, müzakirələr Avropanın yerli və regional elitasının artıq yeni reallıqları qəbul etdiyini göstərdi. “Onların Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yaratdığı yeni reallıqları qəbul etməkdən başqa çarələri yoxdur”, - deyə o vurğulayıb.
Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Gürcüstan mediası Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin toplantısındakı çıxışından materiallar yayıb