Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 31-də Koreya Respublikasının paytaxtı Seul şəhərinə rəsmi səfərə gəlib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə verilən xəbərə görə, Seulun “Gimpo” Beynəlxalq hava limanında nümayəndə heyətini Koreya parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Suh Byunq Su, Azərbaycanın Koreyadakı səfiri Ramin Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar
Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı video paylaşılıb