ABŞ dövlət katibi Entoni Blinkenin Senatın komitəsində keçirilən dinləmədəki açılış nitqi etirazçılar tərəfindən kəsilib.
“İki sahil” CNN-ə istinadla xəbər verir ki, Blinkenin çıxışına başlamasının ilk dəqiqəsində etirazçılardan biri “atəşkəs indi”, “Qəzzadakı uşaqları xilas et” şüarları səsləndirib.
Daha sonra digər dörd etirazçı və daha bir etirazçı qrupu Blinkenin çıxışını bölüb.
Etirazçılar həmçinin, “Fələstindən Meksikaya, bütün divarlar götürülməlidir”, “Qoy Qəzza yaşasın” şüarları səsləndiriblər.
Dinləmənin keçirildiyi zaldakı bəzi etirazçılar isə qırmızıya boyadıqları əllərini yuxarı qaldıraraq Qəzzadakı vəziyyətə diqqət çəkməyə çalışıblar.
ABŞ Maliyyə Nazirliyi İrana qarşı ikincil sanksiyaların tətbiq dairəsini genişləndirəcək
Gürcüstan Baş Prokurorluğu Qaribaşviliyə qarşı yeni korrupsiya ittihamı irəli sürüb