24 avqust 2026 15:31
114

Tokayevdən yeni təyinatlar

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (KNB), Milli Bankın, Ali Məhkəmə Şurasının rəhbərləri, eləcə də İnsan Hüquqları üzrə Müvəkkil (ombudsman) öz vəzifələrində qalacaqlar.

“İki sahil” xəbər verir ki,  Prezident Qasım-Jomart Tokayev bununla bağlı müvafiq fərmanlar imzalayıb.

Prezidentin mətbuat xidmətindən bildirildiyinə görə, Mərkəzi Banka rəhbərliyi 2023-cü ildən bu postu tutan Timur Süleymenov davam etdirəcək. 2022-ci ildən xüsusi xidmət orqanına rəhbərlik edən Yermek Saqımbayev isə KNB sədri vəzifəsində qalacaq.

Dmitri Malaxov Ali Məhkəmə Şurasına rəhbərlik etməyə davam edəcək (2024-cü ildən bu vəzifədədir). Tokayev, həmçinin 2022-ci ildən ombudsman vəzifəsini tutan Artur Lastayevi yenidən İnsan Hüquqları üzrə Müvəkkil təyin edib.

Təyinatlar bu il keçirilən referendumda qəbul edilmiş yeni Konstitusiyaya uyğun olaraq həyata keçirilib. Yeni konstitusiyaya əsasən, prezident bir sıra əsas vəzifələrə parlamentlə razılaşdırmadan təyinatlar etmək hüququ əldə edib. Baş prokuror Berik Asılov və Ali Məhkəmənin sədri Aslambek Merqaliyev də öz vəzifələrini qoruyub saxlayıblar.