07 may 2016 01:09
860

Bu bitkilər dişlərdəki problemləri həll edəcək

Mağazada satılan diş sağlamlığı üçün məhsulların tərkibində laurilsulfat natri və spirt var. Bu da həmin məhsulların davamlı istifadəsində dişlərin məhv olmasına gətirib çıxarır. İstehsalçı şirkətlər hazırladıqları məhsulun içinə təbii otları əvəz edən təbii tərkibləri kimyəvi tərkiblərlə əvəzləyirlər.

Ev şəraitində dişlərin müalicəsi:

1. Aloye vera

Ağız boşluğunun qanaması və iltihabına aloye bitkisi mübarizə aparmağa kömək edir. Lakin bədəni şişlərə meyilli olanların istifadə etməsi məsləhət deyil.

2. Mixək

Mixək yağı və mixək dəmləməsi damaq və diş ağrılarının aradan qalxmasına kömək edir. Mixək qurusunu  çeynəmək 15 dəqiqəyə ağrıları yox edər.

3. Çay ağacı yağı

1 stəkan ilıq suya çay ağacı yağı damcıladıb ağız boşluğunu qaraqara etmək damaqdakı iltihabı yox edir. Həmçinin dişlərin ağarmasına kömək edir.

4. Kalendula

Kalendula dəmləməsi ilə qarqara etmək diş ətini möhkənləndirir və dişləri ağardır. Həmçinin damaq ağrılarını dəf edir.

5. Nim ağacı

Nim ağacından hazırlanan məhlul ən keyfiyyətli diş məcunlarına qatılır. O, xoşagəlməz qoxunu aradan qaldırır və dişləri ağardır.

6. Nanə

Ağızda xoşagəlməz qoxunu aradan qaldırır və antiseptik təsir edir. Efir yağından da istifadə etmək daha sərfəlidir.

7. Sürvə

Bu bitki damaq problemini çox gözəl aradan qaldırır.

Dəmləməsi həmnçinin boğaz ağrılarına kömək edir.