15 dekabr 2018 15:11
5987

Göz quruluğu sindromu

Oftalmoloqlar bu xəstəliyə "ofis sindromu" deyirlər. Kompüter qarşısında, havasız, bağlı otaqda çox oturmaq göz suyunu qurudur. 

Axşam.az xəbər verir ki, gözdə qum varmış kimi hiss etmək, qızartı quruluğun əlamətləridir.
 
Əgər xəstəliyin üstünə düşüb, vaxtında müalicə etməsən tezliklə əməliyyat masasına uzunmalı olacaqsan.

Nə etməli?

Hər 45 dəqiqədən bir fasilə vermək lazımdır. Bu hərəkətləri etmək gözdəki yorğunluğu atmağa kömək olacaq:

1. Əvvəlcə uzaq bir yerə, sonra burnunun ucuna bax.

2. Yuxarı aşağı, sonra sağa-sola bax. 

3. Gözlərini yum, yavaşca barmağınla ovuşdur. Bu qan dövranını yaxşılaşdırır.

4. Gözünü qəfildən yumub aç.

Məlhəm: 2 xörək qaşığı suya yarım çay qaşığı bal töküb qarışdır. Bu məlhəmdən gündə iki dəfə 2 damcı gözə tök.