ATƏT Parlament Assambleyasının Prezidenti Pia Kauma, ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kari Henriksen, ATƏT Parlament Assambleyasının Baş katibi Roberto Montellanın rəhbərlik etdiyi nümayəndə heyəti 12-14 noyabr tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev xəbər verib.
Səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçiriləcək, Azərbaycan və ATƏT Parlament Assambleyası arasında əməkdaşlığı, regiondakı hazırkı vəziyyət və digər ikitərəfli məsələlər ətrafında müzakirə aparılacaq.
BƏƏ səfiri Azərbaycanla strateji tərəfdaşlıqdan və Qarabağdakı investisiya imkanlarından danışıb
Braziliya səfiri: Qarabağda yeni şəhər infrastrukturunun qurulması olduqca sürətlə aparılır
“Ermənistan və Azərbaycan arasında davam edən kövrək sülh prosesinə zərbə vurmağa, dövlətlərarası münasibətləri korlamağa çalışırlar” - AÇIQLAMA