11 noyabr 2023 20:56
401

Qəlbində Vətən sevgisi olmayanlar...

Əli Kərimlinin Xankəndi şəhərində keçirilən hərbi parada sevinməməsinin səbəbi də elə budur

Dünyanın diqqətinin Azərbaycanın qazandığı möhtəşəm Qələbəyə yönəldiyi bir vaxt radikal müxalifətin dövlətimizin qazandığı tarixi Zəfərə sevinməməsi ikrah hissi doğurur. Şəhidər verərək əraiz büötüvlüyümüzü, bütün ərazilərimizdə suverenliyimizi tam olaraq bərpa etdik. Xankəndi şəhərində keçirilən hərbi parad böyük tarixi əhəmiyyət kəsb edir. Bu, Azərbaycan dövlətinin qələbəsinin təntənəsi idi.Amma AXCP sədri Əli Kərimli və başına yiğdığı trol dəstəsi bütün mənəvi-əxlaqi dəyərlərimizə zidd davranaraq qələbəmizə sevinə bilmirlər.

Müxalifət olmaq dövlətin qazandığı tarixi qələbəyə sevinməmək deyil.  Amma AXCP sədri Əli Kərimli sosial şəbəkələrdə yenə “yalan tufanı” əsdirsə də Xankəndi şəhərində keçirilən zəfər paradımızı “görmək” istəmir. Artıq neçə gündür ki, ölkə gündəminin əsas hadisəsi bu şanlı, qürur duyduğumuz paraddır.  Dövlət başçımızın uğurlu siyasəti, uzunmüddətli hədəflərə əsaslanan startegiyası, ordumuzun gücü, xalqımızın həmrəyliyi ilə tarixi Qələbə qazanmışıq. Bir neçə il əvvəl elə Kərimlinin özü də Xankəndinin işğalda qalması ilə bağlı nə qədər statuslar paylaşmışdı. O, bunları Vətən, torpaq sevgisindən etməmişdi. Məqsəd dövlətə qara yaxmaq idi. Əgər Vətən sevgisindən etsəydi bu gün Xankəndinin azad olmasından, orada üçrəngli bayrağımızın dalğalanmasıdnan, hərbi parad keçirilməsindən yazardı. Qürur keçirərdi. Amma yaza bilmir. Xankəndi şəhərində hərbi parad keçirilməsindən qürur hiss keçirə bilmir. Çünki qəlbində Vətən sevgisi yoxdur. Kərimli və başındakı dəstə üçün Xankəndi elə işğalda qalsaydı, daha sərfəli olardı.

AXCP sədri siyasi cəhətdən tam müflis olduğunu anlayır. Ona görə də tək çarəni cəmiyyəti aldatmaqda görür. O, hay-həşirdədir, ancaq artıq alınmır. Onun hər bir şər-böhtanı xalqımızda böyük nifrət yaradır. Gah qələbəmizə, gah da ordumuza şər-böhtan atır.  Amma nankor məqsədi ürəyində qalan Ə.Kərimli uzun müddətdir ki, nə qədər çox çalışsa da, cəmiyyətdə çaşqınlıq yarada bilmir.

Hətta paylaşımlarında Zəfər Gününün adını belə düzgün yaza bilmir. Bu söz birləşməsində “Günü” sözünü kiçik hərflə yazan bu bədxah bununla Qələbəmizə içindəki münasibəti ortaya qoyur. Tarixi milli məsələdə dövlətimizə əks mövqedə dayananlar, bilsin ki, xalqımız onların bu mövqeyini heç vaxt unutmayacaq.

Azərbaycanın dünyada  nüfuzu günü-gündən artdıqca müxalifətin dərdi də artır. Radikal müxalifət, xüsusilə  ermənipərəst  Əli Kərimli, Cəmil Həsənli və onların trolları – Vətəninə həmişə mənfi münasibət bəsləyən Qənimət Zahid, Sevinc Osmanqızı və digərləri Azərbaycan dövlətinə şər-böhtan atmaqda davam edirlər.

Təhlillər göstərir ki, Azərbaycan əleyhinə oxşar təbliğat Ermənistan mətbuatında da həyata keçirilir. Təbii ki, bu sıraya Ermənistanla və erməni diasporu ilə sıx əlaqədə olan xarici medianı də əlavə etsək, daha doğru olar. Çirkin qarayaxma kampaniyasının tezisləri işğalçı ölkənin anti-Azərbaycan kampaniyasının ideoloji istiqamətləri ilə tam üst-üstə düşür. Hər iki tərəf vahid mərkəzdən idarə olunur, yaxud ortaq və razılaşdırılmış maraqlara uyğun hərəkət edirlər. Xankəndi şəhərində keçirilən hərbi parada sevinmə bilməmələrinin səbəbi də elə budur.

Cavid Əkbərov, “İki sahil”