Parisin siyasətinin əsasını riyakarlıq və ədalətsiz yanaşma təşkil edir
Ermənistan rəhbərliyi özünə yeni himayədarlar axtarır ona görə də bunlar müxtəlif ölkələrə səfərlər edirlər, onlarla əlaqələr qurmaq istəyirlər. Bunlar üçün əsas prioritet Fransadır. Fransanın da marağındadır ki, bu bölgədən Rusiyanı sıxışdırsın, onun yerini tutsun. Bu məqsədlə də əlaqələr gücləndirilir, silah alqı-satqısı və digər məsələlər Fransa və Ermənistan arasında münasibətlərin intensivləşdiyini göstərir. Ermənistan baş Nazirinin Fransa səfəri də Fransa ilə əlaqələri daha da gücləndirmək məqsədi daşıyır. Ona görə də bu səfərdən başqa bir şey gözləmək olmaz. Fransanın istəyi reallaşmayacaq bu səbəbdən ki, Fransa bu bölgədən xeyli uzaq, bölgəyə aid olmayan ölkədir. Bu bölgədə daha güclü təsir gücünə malik olan ölkələr var. Misal üçün Türkiyə, Rusiya, İran kimi ölkələr.
Bu fikirləri “İki sahil”ə açıqlamasnda Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib.

Elşad Musayev qeyd edib ki, Fransanın yanaşması ədalətli yanaşma deyil. Demokratiyanın beşiyi kimi Qərb özünü göstərsə də Fransanın Ermənistan-Azərbaycan məsələsinə münasibətində ikili standartlar mövqeyindən çıxış edir. Burada riyakarlıq və ədalətsiz yanaşma əsas meyar təşkil edir. Fransanın hansı mövqe tutmasından asılı olmayaraq Azərbaycan öz gücü ilə istəyinə nail oldu, ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdi. Aydın görünür ki, Fransa sülh yaratmaq istəmir, sadəcə sülhə mane olmaq istəyir. Bu məqsədlə də buraya xüsusi missiya nümayəndələri göndərib. Onlar əslinə baxanda xüsusi xidmət orqanlarının əməkdaşlarıdır. Onlar da burada sülh yaratmağa gəlməyib. Eyni zamanda , Fransanın, Almaniyanın və digər Avropa İttifaqına daxil olan ölkələrin əsas məqsədi ondan ibarətdir ki, Zəngəzur dəhlizi açılmasın. Bu baxımdan da onlar basqı və müəyyən təzyiq təşkil etmək istəyirlər.
Elşad Musayev bildirib ki, Fransanın İsrailə və HƏMAS-a münasibəti də ədalətsizdir. Fransa HƏMAS-a qarşı koalisiya formalaşdırmaq istəyirdi, amma indi İsrailin üzərinə gedir. Bu onu göstərir ki, Makronun həm daxili, həm xarici siyasətində ciddi anlaşılmazlıq var.
Yaqut Ağaşahqızı, “İki sahil”
BƏƏ səfiri Azərbaycanla strateji tərəfdaşlıqdan və Qarabağdakı investisiya imkanlarından danışıb
Braziliya səfiri: Qarabağda yeni şəhər infrastrukturunun qurulması olduqca sürətlə aparılır
“Ermənistan və Azərbaycan arasında davam edən kövrək sülh prosesinə zərbə vurmağa, dövlətlərarası münasibətləri korlamağa çalışırlar” - AÇIQLAMA