BMT sistemində islahatlar zəruridir.
“İki sahil” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Birgə Ərəb İslam Fövqəladə Sammitində çıxışında deyib.
Nazir çıxışında son dövrdə regionda və dünyada baş verən hadisələr, mövcud qeyri-sabitliyin birbaşa olaraq beynəlxalq hüququn tətbiqində ikili standartlar problemindən qaynaqlandığı, bu istiqamətdə beynəlxalq təşkilatlar, o cümlədən BMT sistemində islahatların zəruri olduğunu vurğulayıb.
Nazir Ceyhun Bayramov, 30 ilə yaxın müddət ərzində Ermənistanın hərbi işğalı və münaqişədən əziyyət çəkən bir ölkə kimi İslam Əməkdaşlıq Təşkilatının dəstək və həmrəyliyini yaxından hiss etdiyimizi bildirib. Münaqişə zamanı, habelə post-münaqişə dövründə bir sıra beynəlxalq təşkilatların ikili standartları ilə üzləşdiyimiz bir vaxtda göstərilən ədalətli mövqeyə görə təşəkkür edilib.
BƏƏ səfiri Azərbaycanla strateji tərəfdaşlıqdan və Qarabağdakı investisiya imkanlarından danışıb
Braziliya səfiri: Qarabağda yeni şəhər infrastrukturunun qurulması olduqca sürətlə aparılır
“Ermənistan və Azərbaycan arasında davam edən kövrək sülh prosesinə zərbə vurmağa, dövlətlərarası münasibətləri korlamağa çalışırlar” - AÇIQLAMA