Azərbaycanın Ermənistana qarşı ərazi iddiası yoxdur.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyanın “İnTerris” nəşrinə müsahibəsində deyib.
Elçin Əmirbəyov nəşrin, “Azərbaycanın yaxın gələcəkdə Ermənistanı işğal etmək niyyəti varmı?”, - saulına cavabında bildirib: “Qətiyyən. Bu, son günlərdə yayılan və mənşəyini axıra qədər anlaya bilmədiyimiz saxta xəbərlərdir. Bu cür yalan xəbərlərə səbəb və ya bəhanə olaraq “Zəngəzur dəhlizi” adlandırılan, Azərbaycan ilə onun eksklavı olan Naxçıvan arasında yaranacaq nəqliyyat bağlantısı göstərilir: əslində isə bu, yalnız Azərbaycanı və Ermənistanı və ya region dövlətlərini birləşdirən bir bağlantı deyil, eyni zamanda daha geniş anlamda Asiyanı Avropa ilə birləşdirə biləcək orta nəqliyyat dəhlizinin alternativ marşrutu ola bilər. Əslində dünya ticarətinə güclü təkan verə biləcək strateji layihədir. Əgər Ermənistan dəhliz sözünü bəyənmirsə, keçid, yol, bağlantı və s. kimi terminlərdən istifadə oluna bilər. Dəhliz sırf iqtisadi və nəqliyyat anlayışıdır. Əgər Ermənistan bu məsələ ilə bağlı artıq öz üzərinə götürdüyü öhdəliyini yerinə yetirməsə, bizim mahiyyət etibarilə alternativ variantımız mövcuddur və beləliklə Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə İranın ərazisindən dəmiryolu və avtomobil yolu ilə birləşməsi layihəsi qısa bir zamanda həyata keçiriləcəkdir. Ermənistan isə indiyə qədər necə regionda dalan ünvanı olmuşdursa, elə də qalacaq, və bu ermənilərin özlərinin seçimi olacaqdır. Sualınıza cavab olaraq isə bir daha deyim ki, istənilən halda Azərbaycanın Ermənistana qarşı ərazi iddiası yoxdur və bu, böyük ehtimalla Ermənistan tərəfindən qəsdən yayılan bir əsassız iddiadır.
BƏƏ səfiri Azərbaycanla strateji tərəfdaşlıqdan və Qarabağdakı investisiya imkanlarından danışıb
Braziliya səfiri: Qarabağda yeni şəhər infrastrukturunun qurulması olduqca sürətlə aparılır
“Ermənistan və Azərbaycan arasında davam edən kövrək sülh prosesinə zərbə vurmağa, dövlətlərarası münasibətləri korlamağa çalışırlar” - AÇIQLAMA