11 noyabr 2023 22:17
347

İtaliya mənim ölkəmin Avropa İttifaqında ən mühüm tərəfdaşıdır

Ümid edirik ki, Romaya Müqəddəs Taxt-Tac nəzdində ayrıca səfirimizi göndərdiyimiz kimi, Vatikan tərəfi də tezliklə Bakıda öz nunsiaturanı açacaq.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyanın “İnTerris” nəşrinə müsahibəsində deyib.

Romadaya səfərindən və Azərbaycanla Müqəddəs Taxt-Tac arasındakı münasibətlərdən söz açan Elçin Əmirbəyov bildirib: “İtaliya mənim ölkəmin Avropa İttifaqında ən mühüm tərəfdaşıdır, əlavə söz deməyə ehtiyac yoxdur. Müqəddəs Taxt-Taca gəlincə, biz keçən il diplomatik münasibətlərimizin 30 illiyini qeyd etmişik, əlqələrimiz yüksələn xəttlə inkişaf edir. Ümid edirik ki, Romaya Müqəddəs Taxt-Tac nəzdində ayrıca səfirimizi göndərdiyimiz kimi, Vatikan tərəfi də tezliklə Bakıda öz nunsiaturanı açacaq. Həmsöhbətlərimlə danışıqlarda əsas məqsədlərdən biri də Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında sülh prosesinin indiki durumu, perspektivləri və çağırışları barədə qarşı tərəfi məlumatlandırmaq, bu mövzuda yararlı fikir mübadiləsini aparmaqdan ibarətdir.