Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyaya səfəri çərçivəsində bu ölkənin “İnTerris” nəşrinə müsahibə verib.
“İki sahil” xəbər verir ki, Elçin Əmirbəyov Azərbaycanın dünyəvi ölkə olmaqla bərabər, həm də multikultural və çoxkonfessiyalı ölkə olduğunu söyləyib.
Azərbaycanda ümumilikdə xristianlığın vəziyyətindən danışan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi deyib ki, ölkəmizdə katoliklərin sayı təbii ki azdır, lakin onların bütün hüquqları ölkənin digər vətəndaşlarının hüquqları kimi dövlət tərəfindən qorunur: Nəzərə almaq lazımdır ki, Azərbaycan dünyəvi ölkə olmaqla bərabər, həm də multikultural və çoxkonfessiyalı ölkədir. Və bu müxtəliflik qürurumuzun mənbəyidir. Müsəlmanlar, pravoslavlar, yəhudilər, katoliklər və digərləri burada dinc şəkildə birgə yaşayırlar. Onlar öz ibadət yerlərinə sahib ola və qanunlara uyğun olaraq dinlə bağlı olan ehtiyaclarını qarşılaya bilirlər. Müqəddəs II İohann Pavel Bakıda 2002-ci ildə olarkən o zamankı Prezidentimiz Heydər Əliyev Bakıdakı katoliklərinə kilsənin tikilməsi üçün dövlətimiz tərəfindən təmənnasız yerin ayrılması barədə qərar qəbul etmişdir. Kilsənin açılışını isə 2008-ci ildə o zamankı Müqəddəs Taxt-Tacın Dövlət Katibi Kardinal Tarçisio Bertone həyata keçirmişdir. Roma Papası Fransisk isə 2016-cı ildə Azərbaycana səfər etmişdir və ölkəmizdə hökm sürən dini tolerantlıqdan və din azadlığının dərəcəsindən olduqca məmnun qalmışdır. Qayıdan başı onu Romaya aparan təyyarədə jurnalistlərlə ənənəvi görüşü zamanı o, dinlərin birgə yaşayışı və dünyəvilik nöqteyi-nəzərdən din-dövlət münasibətlərinin platforması olan, azadlığı və qarşılıqlı hörməti təşviq edən Azərbaycan modelindən danışmışdır və onu bir çox ölkə üçün örnək ola biləcəyini bildirmişdir. Kilsələrə, monastırlara, xristianlara aid dini əsərlərə və obyektlərə gəlincə, onlar Azərbaycanın zəngin bədii-mədəni irsinin tərkib bir hissəsidir və bu səbəbdən də dövlət tərəfindən qorunurlar. Biz hal-hazırda Qarabağda, bu yaxınlarda işğaldan azad edilmiş ərazilərdə bütün dini abidələrin, o cümlədən xristian abidələrin siyahıyaalınmasını həyata keçiririk. Ölkəmizin ərazisində mədəni və dini irsin təhqir olunması baş veribsə, bu İslam mənşəli olanlara münasibətdə, Ermənistan işğalçı qüvvələr tərəfindən həyata keçirilib: yalnız bir dəhşətli rəqəmə diqqətinizi cəlb etmək istərdim: erməni işğalı altına düşmüş Azərbaycan torpaqlarında 67 məsciddən 65-i işğalçılar tərəfindən təmamilə yerlə yeksan edilmişdir, qalan iki məscidə çox ciddi ziyan vurulmuşdur. Təəssüflər olsun ki, dünyada bu barədə heç kim narahatçılığını bildirmir”.
BƏƏ səfiri Azərbaycanla strateji tərəfdaşlıqdan və Qarabağdakı investisiya imkanlarından danışıb
Braziliya səfiri: Qarabağda yeni şəhər infrastrukturunun qurulması olduqca sürətlə aparılır
“Ermənistan və Azərbaycan arasında davam edən kövrək sülh prosesinə zərbə vurmağa, dövlətlərarası münasibətləri korlamağa çalışırlar” - AÇIQLAMA