12 noyabr 2023 08:21
388

İtaliyada şir sirkdən qaçıb

Sirkdən qaçmış şir Romadan 60 km aralıda yerləşən dənizkənarı Ladispoli şəhərinin küçələrində bir neçə saat gəzib.

“İki sahil” xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti yazıb.

O, altı saatdan sonra tutulub və sirkə qaytarılıb.

Söhbət Kimba adlı yetərincə yaşlı iri aslandan gedir. Şənbə günü günorta o, sirk işçilərinin açıq tapdıqlarını söylədiyi qəfəsdən çıxıb. Ətrafdakı əkin sahələrini bir az gəzdikdən sonra yırtıcı yaşayış məntəqələrinə daxil olub və çölə çıxmaması tövsiyə edilən sakinlər bunu eyvanlarından görə biliblər. Sosial şəbəkələrdə videolar və şərhlər peyda olub. Aslanın axtarışı və tutulması helikopter və gecəgörmə cihazlarından istifadə edilən xüsusi əməliyyata bənzəyib. Nəticədə polis və baytarlardan ibarət xüsusi qrup heyvanı yatırıblar.

Bu epizod vəhşi heyvanların əsarətdə saxlanması ilə bağlı növbəti mübahisə dalğasına səbəb olub.