13 noyabr 2023 10:04
266

Bu gün Brüsseldə Aİ XİN rəhbərləri Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edəcək

İrəvan və Bakı arasında münasibətlər Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirlərinin bazar ertəsi Brüsseldə keçiriləcək görüşündə müzakirə olunacaq.

"İki sahil" “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Aİ-nin yüksək vəzifəli rəsmisi deyib. Onun sözlərinə görə, nazirlər həmçinin, Ermənistandakı müşahidə missiyasının genişləndirilməsini də müzakirə edəcəklər.