13 noyabr 2023 12:57
205

Borrell: Aİ xarici işlər nazirləri Azərbaycanı və Ermənistanı da müzakirə edəcək

Aİ Xarici İşlər Şurası Azərbaycan və Ermənistan ətrafındakı vəziyyəti müzakirə edəcək.

“İki sahil” xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell iclasdan əvvəl jurnalistlərə açıqlmasında deyib.

"Bu gün biz üç məsələyə fokuslanacağıq: Ukrayna, Qəzzadakı vəziyyət, Azərbaycan və Ermənistan", - Borrell bildirib.

Qeyd edək ki, Şuranın iclasında Aİ ölkələrinin XİN rəhbərləri iştirak edir.