13 noyabr 2023 16:54
222

Türkiyə ordusunun Azərbaycanda qalma müddətinin uzadılması ilə bağlı qanun layihəsi TBMM-ə göndərilib

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı vəzifə müddətinin 1 il uzadılması ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərilib.

“İki sahil” xəbər verir ki, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın imzası ilə göndərilən qanun layihəsində Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsindən sonra Azərbaycan, Ermənistan və Rusiya tərəfindən 9 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatda nəzərdə tutulan fəaliyyətlərin icrası davam edir.