27 mart 2018 23:17
1165

Qaradağ rayonunda yanğın baş verib

Qaradağ rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hadisə rayon ərazisində beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb. Nəticədə ümumi sahəsi 55 kvadratmetr olan üçotaqlı mənzil əşyaları ilə birlikdə 30 kvadratmetr sahədə yanıb. Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı əriyib. Yanğın zamanı beş sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə edilib. Alov yanğın bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.