20 noyabr 2023 12:28
250

Vladanka Andreyeva: BMT Azərbaycanda qadın hüquqlarının müdafiəsini fəal şəkildə dəstəkləyir

"BMT Azərbaycanda qadın hüquqlarının qorunması və inkişaf etdirilməsi ideyasını fəal şəkildə dəstəkləyir".

“İki sahil” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qadın hüquqlarının təmin edilməsi məsələsi BMT-nin gündəliyinin ayrılmaz hissəsidir: "Bu gün biz gender bərabərliyi məsələsində dialoq üçün hər cür platformadan istifadə etməliyik".

BMT-nin rezident əlaqələndiricisi vurğulayıb ki, gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması sahəsində müsbət nəticələr gələcəkdə bu istiqamətdə yeni təşəbbüslərə ilham verə bilər.