“Kamboca qadınların bərabər hüquqlarına nəzarət üçün xüsusi mexanizmlər yaradaraq gender bərabərliyi məsələləri üzərində fəal işləyir”.
“İki sahil” xəbər verir ki, bunu Kambocanın Qadın İşləri üzrə Nazirliyinin dövlət katibi Çinda Man noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Kambocanın Qadın İşləri üzrə Nazirliyi vətəndaş cəmiyyəti ilə hökumət arasında körpü rolunu oynayır: “Son 30 ildə biz bu istiqamətdə mühüm işlər görmüşük. Hazırda biz gündəliyimizi dəyişdiririk, ona gender bərabərliyi məsələlərini daxil edirik”.
Dövlət katibi bugünkü tədbirin təşkilinə görə Azərbaycana təşəkkür edib.
Burundili tələbə: Müstəmləkəçilik zehniyyətindən uzaqlaşmalı, yeni bir təfəkkürə keçməliyik
“Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq Gənclər Forumuna yekun vurulub