Malayziya Azərbaycan hökümətinin Qoşulmama Hərəkatına sədrliyini yüksək qiymətləndirir və bu tədbirin təşkili üçün təşəkkür edir.
“İki sahil” xəbər verir ki, bunu Malayziya senatının üzvü Zurainah Binti Musa Bakıda “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
"Malayziya qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması və gender bərabərliyi yolunda atılan addımlarda israrlıdır. Nazirlik və idarələrdə Gender əsaslı komandalar formalaşdırılıb. Əsas məqsəd qadınların səlahiyyətləndirilməsidir. Lakin yenə də dövlət və özəl sektorda bərabərsizliklə bağlı nüanslar olur. Bunun üçün də kişilərin dəstəyinə ehtiyac var ",- deyə o, əlavə edib.
Burundili tələbə: Müstəmləkəçilik zehniyyətindən uzaqlaşmalı, yeni bir təfəkkürə keçməliyik
“Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq Gənclər Forumuna yekun vurulub
Hikmət Hacıyev: Azərbaycan minlərlə itkin düşmüş şəxsin taleyinə aydınlıq gətirilməsini gözləyir