20 noyabr 2023 21:09
188

İranda zəlzələ olub

İran İslam Respublikasının cənubunda 4,7 bal gücündə zəlzələ baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytı məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 352 min nəfər əhalisi olan Bəndər-Abbas şəhərindən 62 km şimal-şərqdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.