“Əraziləri minalardan təmizləmə, narkotiklə mübarizə, terrorla mübarizə və təmiz enerji sahələrində əməkdaşlıq ortaq maraqlarımızdır”.
“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti “X” hesabında yazıb.
“Xarici işlər naziri Ceyhun Bayramovla Böyük Britaniya-Azərbaycan arasında gələcək əməkdaşlıq haqqında səmərəli fikir mübadiləsi apardıq. Əraziləri minalardan təmizləmə, narkotiklə mübarizə, terrorla mübarizə və təmiz enerji sahələrində əməkdaşlıq ortaq maraqlarımızdır”, - qeyd edib.
A fruitful exchange on future cooperation with Foreign Minister @Bayramov_Jeyhun.
— Leo Docherty MP (@LeoDochertyUK) November 22, 2023
Our shared interests benefit from cooperation in mine clearance, counter-narcotics, counter-terrorism and clean energy. pic.twitter.com/yQp0gN9LBk